- В Кодексе об административных правонарушениях Азербайджана предусмотрены меры ответственности за нарушения на железнодорожном транспорте.
- За размещение предметов на путях, мешающих движению поездов, штраф 400 манатов.
- За выбрасывание мусора из окон или дверей поезда штраф 500 манатов.
- За нарушение правил перевозки опасных веществ предупреждение или штраф 20-30 манатов.
- За самовольную посадку на грузовой поезд, движение на подножках и крышах вагонов штраф 100 манатов.
Qanunvericiliyə əsasən, dəmir yolu ətrafında və qatarlarda təhlükə yaradan hərəkətlərə görə müxtəlif məbləğlərdə cərimələr tətbiq edilir. Qaydaları pozan şəxslər törətdikləri xətanın xarakterindən asılı olaraq həm sabit məbləğdə, həm də vurduqları ziyanın bir mislindən iki mislinədək cərimələnə bilərlər.
Dəmir yoluna qatarın hərəkətini poza biləcək əşyalar qoymaq - 400 manat.
Qatarın pəncərə və ya qapısından tullantı və digər əşyalar atmaq - 500 manat.
Təhlükəli maddə və predmetlərin daşınması qaydalarını pozmaq - xəbərdarlıq və ya 20-30 manat cərimə.
Yük qatarına özbaşına minmək, hərəkətdə olan qatara minib-düşmək, vaqonun pillə və damında hərəkət etmək, zərurət olmadan qatarı dayandırmaq - 100 manat.
Dəmir yolu nəqliyyatı vasitələrini, daxili avadanlığı, dəmir yolu infrastrukturu, siqnalizasiya və rabitə qurğularını zədələmək - vurulmuş ziyanın 1-2 misli həcmində cərimə.
Yük vurulması və boşaldılması zamanı qabarit qaydalarını pozmaq - fiziki şəxslər 60 manat, vəzifəli şəxslər 200 manat.
Yükdaşıma üçün nəzərdə tutulan nəqliyyat vasitələrini, mexanizmləri, yük vaqonlarını, konteynerləri, plombları, kilidləri, yükləri, anbar və konteyner məntəqələrinin hasarlarını zədələmək - vurulmuş ziyanın 1-2 misli həcmində cərimə.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий