Day.Az Xəzərxəbər-ə istinadən xəbər verir ki, qanunvericiliyə əsasən, beş və daha çox uşağı olan ailələrdə, əlilliyi olan uşağı böyüdən şəxslərdə, həmçinin ağır və zərərli işlərdə çalışan və bəzi xəstəliklərə malik vətəndaşlarda pensiya yaşı 5 il və bəzi hallarda daha çox azaldıla bilər.

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, güzəştli pensiya hüququndan istifadə edən şəxslərin dairəsinin genişləndirilməsi və bu məsələyə yenidən baxılması məqsədəuyğun hesab olunur.