"Cari ildə 13 nəfər çimərlik mövsümündə olmaqla ümumilikdə 19 suda boğulma təhlükəsi ilə üzləşən şəxslər Xidmət əməkdaşları tərəfindən xilas edilib".

Day.Az xəbər verir ki, bunu Milli.Az -a açıqlamasında FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili deyib.

Onun sözlərinə görə, Xidmətin nəzarət etdiyi çimərliklərdə ölümlə nəticələnən suda batma hadisəsi qeydə alınmayıb:

"Bu rəqəmlər də onu deməyə əsas verir ki, sularda təhlükəsizliyimizin təmin olunması üçün yalnız xilasedicilərin olduqları çimərliklərdən istifadə edilməli xilasedicilərin çağırışlarına və ərazidə quraşdırılmış maarifləndirici lövhələrin tələblərinə sözsüz əməl edilməlidir".