- В Стамбуле ожидаются сильные дожди в четверг и пятницу.
- Метеорологическое управление Турции предупредило о ливнях в регионе Мраморного моря.
- Ожидаются локальные наводнения, молнии, град и сильный ветер до 60 км/ч.
- Дожди также затронут южные, центральные и восточные регионы Турции.
- Сильные осадки прогнозируются в провинции Хатай, Артвин, Эрзурум, Карс и Ардахан.
Day.Az xəbər verir ki, Meteorologiya Baş İdarəsinin (MGM) yaydığı məlumata görə, yağıntılı hava kütləsi qarşıdakı günlərdə əsasən Mərmərə bölgəsinə daxil olacaq.
MGM-nin hava proqnozuna əsasən, bu gün Türkiyənin cənub, mərkəzi və şərq bölgələrində hava dəyişkən, bəzi yerlərdə isə çox buludlu olacaq.
Qərbi Aralıq dənizi bölgəsinin daxili rayonlarında, Şərqi Aralıq dənizi bölgəsində, Şərqi Anadolunun şimal və qərb hissələrində, Samsun vilayətinin şərqində, Ordu və Şərqi Qara dəniz bölgəsində fasilələrlə leysan və şimşək çaxması ilə müşayiət olunan yağışlar gözlənilir. Digər ərazilərdə isə az buludlu və günəşli hava hökm sürəcək.
Yağıntıların Hatay vilayətinin sahil rayonlarında, həmçinin günorta saatlarından etibarən Artvin, Ərzurum, Qars və Ərdahan ətrafında lokal olaraq güclü olacağı proqnozlaşdırılır. Küləyin isə Mərmərə bölgəsinin cənub-qərbində və Şimali Egey bölgəsində şimal istiqamətindən saatda 40-60 kilometr sürətlə əsəcəyi gözlənilir.
Meteoroloqlar bildirirlər ki, güclü yağışlarla əlaqədar ani sel, daşqın, ildırım, nəqliyyatda fasilələr, lokal dolu yağıntısı vəgüclü külək kimi hadisələrə qarşı vətəndaşlar diqqətli olmalı və zəruri ehtiyat tədbirləri görməlidirlər.
Комментарии
Загрузка…
Оставить комментарий