Day.Az -a açıqlamasında avtomobil məsələləri üzrə ekspert Raqif Raufoğlu deyib ki, VIN kodunun silinməsini heç kim bilərəkdən istəməz.

O, qeyd edib ki, VIN kod görünmədikdə və ya mühərrik kodu ilə bağlı problem yarandıqda, avtomobilin qeydiyyatı zamanı sürücülər onsuz da ciddi çətinliklərlə üzləşirlər.

"VIN kodunun silinməsi adətən ya uzun müddət ərzində paslanma nəticəsində baş verir, ya da avtomobil üzərində hansısa dəyişiklik edildiyi ehtimalını yaradır. Belə halların mütləq araşdırılması vacibdir. Çünki bu, avtomobilin oğurlanması və ya hər hansı cinayət hadisəsi ilə əlaqəli olması ehtimalını da gündəmə gətirə bilər. Belə halların kütləvi xarakter daşıdığını düşünmürəm. Mühərrik nömrəsi ilə bağlı problemlərin yarandığı hallar olur. Bu zaman nömrəni müxtəlif mənbələrdən müəyyənləşdirməyə çalışırlar. Əgər VIN kodunu və ya digər identifikasiya məlumatlarını avtomobilin başqa hissələrində də tapmaq mümkün olmursa, bu, artıq avtomobil sahibinin qeydiyyat prosesində ciddi problem yaşaması deməkdir", - o deyib.

"VIN kodunun silinməsi adətən ya uzun müddət ərzində paslanma nəticəsində baş verir, ya da avtomobil üzərində hansısa dəyişiklik edildiyi ehtimalını yaradır. Belə halların mütləq araşdırılması vacibdir. Çünki bu, avtomobilin oğurlanması və ya hər hansı cinayət hadisəsi ilə əlaqəli olması ehtimalını da gündəmə gətirə bilər.

Belə halların kütləvi xarakter daşıdığını düşünmürəm. Mühərrik nömrəsi ilə bağlı problemlərin yarandığı hallar olur. Bu zaman nömrəni müxtəlif mənbələrdən müəyyənləşdirməyə çalışırlar. Əgər VIN kodunu və ya digər identifikasiya məlumatlarını avtomobilin başqa hissələrində də tapmaq mümkün olmursa, bu, artıq avtomobil sahibinin qeydiyyat prosesində ciddi problem yaşaması deməkdir", - o deyib.

Ekspert əlavə edib ki, digər vacib məqam avtomobilin hansı bazardan gətirilməsidir:

"Məsələn, Avropa və xüsusilə də Amerika bazarından idxal olunan avtomobillərdə VIN kodu ilə bağlı problemli və ya oğurluq şübhəsi olan nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi daha çətindir. Çünki həmin avtomobillərin məlumatlarını əvvəlcədən sistem vasitəsilə yoxlamaq mümkündür və qeydiyyat orqanları da bunu görə bilirlər. Lakin Asiya və bəzi şimal ölkələrindən gətirilən avtomobillərdə belə risklərlə rastlaşmaq ehtimalı daha yüksəkdir. Buna görə də, həmin bazarlardan idxal olunan avtomobillərə xüsusi diqqət yetirilməsi məqsədəuyğundur", - o yekunlaşdırıb.