- В соцсетях распространились видео сброса вещества, похожего на сточные воды, в море на пляже Шихово.
- Агентство водных ресурсов Азербайджана заявило, что видео было опубликовано несколько месяцев назад и уже расследовано.
- Проверка показала, что на пляже Шихово проводятся дноуглубительные работы для безопасного захода судов в порт.
- Специальные суда извлекают песок и осадок со дна, смешанные с водой, которые перекачиваются на берег по трубе.
- Ведомство опровергло сброс сточных вод, заявив, что это смесь песка и морской воды.
Day.Az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti bildirib ki, həmin görüntülər bir neçə ay əvvəl də ictimaiyyətə təqdim olunmuş və məsələ operativ araşdırılmışdı.
Araşdırma zamanı Səbail rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Şıxov çimərliyinə və ətraf ərazilərə baxış keçirilib. Müəyyən edilib ki, ərazidə gəmilərin limana təhlükəsiz yanalmasını təmin etmək məqsədilə dibdərinləşdirmə işləri aparılır.
Qeyd olunub ki, xüsusi təyinatlı gəmilər vasitəsilə dənizin dibindən çıxarılan qum və çöküntülərlə qarışmış su xüsusi boru ilə sahilə ötürülür.
Xidmətin açıqlamasına əsasən, sosial şəbəkələrdə və bəzi media resurslarında çirkab su kimi təqdim edilən axıntı əslində dibdərinləşdirmə işləri nəticəsində yaranan qumla qarışıq dəniz suyudur və çirkab su axıdılması faktı müəyyən edilməyib.
Qurum vətəndaşları yalnız rəsmi mənbələr tərəfindən təsdiqlənmiş məlumatlara etibar etməyə çağırıb.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий