Azərbaycan Velosiped İdmanı Federasiyasından verilən məlumata görə, 6 gün davam edəcək yarışda baş məşqçi Vladimir Buşanski və məşqçi Elçin Qasımovun rəhbərliyi altında 7 idmançımız çıxış edəcək.

Əsas diqqətçəkən məqam ölkəmizin ilk dəfə gənc qızlar arasında qitə çempionatında təmsil olunmasıdır. Belə ki, Avropa çempionatına yollanan heyətdə Nəzrin İsbəndiyarova da yer alıb.

Digər idmançılara gəlincə, U-23 kateqoriyasında Tural İsrafilov və Maksim Trendelyov, gənc oğlanlar arasında isə Çingiz İsayev, Nihad Xudoyev, Rəhim Nağıyev və Murad Nadirov medallar uğrunda mübarizə aparacaqlar.