Ağdamda ata və iki övladı su anbarında batıb.

Day.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində yerləşən Xatın su anbarında qeydə alınıb.

İlkin məlumata əsasən, Ağdam rayonunun Cinli kənd sakini 1985-ci il təvəllüdlü Şərif Şəmşəddin oğlu İsgəndərov, onun övladları - 2008-ci il təvəllüdlü Tunar Şərif oğlu İsgəndərov və 2009-cu il təvəllüdlü Fidan Şərif qızı İsgəndərli suda batıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupları cəlb olunub.