- Лионель Скалони провел 100-й матч во главе сборной Аргентины
- Под руководством Скалони команда одержала 73 победы, 18 ничьих, 9 поражений
- Сборная Аргентины выиграла 4 титула: Кубок Америки 2021 и 2024, Финалиссиму и ЧМ-2022
- Лучший бомбардир при Скалони — Лионель Месси с 59 голами
- Рекорды по числу матчей (127) и побед (85) принадлежат Гильермо Стабиле
Argentina millisinin baş məşqçisi Lionel Skaloni yubiley matçını keçirib.
Day.Az bildirir ki, statistikalara əsasən, DÇ-2026-nın 1/16 finalında Kabo-Verde ilə qarşılaşma 48 yaşlı mütəxəssisin yığmanın sükanı arxasında 100-cü oyunu olub.
Skaloni 2018-ci ildən Argentina millisini çalışdırır. Onun rəhbərliyi altında komanda 100 oyunun 73-də qələbə qazanıb, 18 heç-heçə edib və 9 dəfə məğlub olub. Top fərqi isə 209:52-dir.
Bu müddətdə Argentina millisi 4 titul əldə edib. Komanda 2021 və 2024-cü illərdə Amerika Kubokunu, Finalissima turnirini və 2022-ci il dünya çempionatını qazanıb.
Skaloninin dövründə yığmanın ən məhsuldar futbolçusu 59 qolla Lionel Messi olub.
Qeyd edək ki, Argentina millisində oyun sayı (127) və qələbə sayı (85) rekordları 1939-1960-cı illərdə komandaya rəhbərlik etmiş Gilyermo Stabileyə məxsusdur.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий