Day.Az xəbər verir ki, sakinlər bildirirlər ki, ərazini yaxşı tanımayan bəzi sürücülər pilləkəni vaxtında fərq etmədikləri üçün burada yol-nəqliyyat hadisələri baş verir.

Onların sözlərinə görə, bu cür qəzalar dəfələrlə yaşanıb və ətrafda yaşayanlar tez-tez hadisə yerinə gələrək sürücülərə kömək edirlər. Yasamal Rayon İcra Hakimiyyəti isə problemin həlli məqsədilə həmin ərazidə qoruyucu dirəklərin quraşdırılacağını açıqlayıb.