- Изъято более 46 кг наркотиков
- Задержаны двое ранее судимых мужчин: Ниджат Агаев (42 года) и Рамиль Мамедов (48 лет)
- У Агаева изъято около 23 кг марихуаны, опия и метамфетамина
- У Мамедова изъято 23 кг 450 г марихуаны
- Возбуждено уголовное дело, оба арестованы
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Day.Az -a verilən məlumata görə, tədbirlər zamanı paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilindiyi üçün saxlanılan, əvvəllər məhkum olunmuş 42 yaşlı Nicat Ağayevdən 23 kiloqrama yaxın marixuana, tiryək və metamfetamin aşkarlanıb. Keçirilən digər əməliyyat zamanı saxlanılan, əvvəllər məhkum olunmuş 48 yaşlı Ramil Məmmədovdan isə 23 kiloqram 450 qram marixuana aşkarlanıb. Əməliyyatlar nəticəsində, ümumilikdə, 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий