Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Energetika Nazirliyinin rəsmi saytında dərc olunmuş məlumatda deyilir.

Nazirliyin məlumatına əsasən, qaz kəməri vasitəsilə "Şahdəniz" qaz-kondensat yatağında hasil olunan təbii qaz Türkiyə bazarına nəql edilir.

Həmçinin vurğulanır ki, Bakı- Tbilisi- Ərzurum (Cənubi Qafqaz Qaz Kəməri) qaz kəmərinin istismara verildiyi gündən 19 il ötür.

Qeyd edək ki, Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycan, Gürcüstan və Türkiyəyə çatdırılır. Kəmər 2006-cı ilin sonunda istismara verilib və "Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində hasil olunan qazın nəqli başlanıb. 2018-ci ilin yayından etibarən isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş qaz kəməri - TANAP vasitəsilə Türkiyəyə tədarükünə start verilib.