- Делегация Азербайджанского медицинского университета посетила Университет Анкары.
- Делегацию возглавляла декан стоматологического факультета Эльмира Алиева.
- Состоялась встреча с ректором Университета Анкары Недждетом Унюваром.
- Обсуждались актуальные проблемы международной стоматологии и внедрение новых технологий.
- Делегация ознакомилась с клинической базой и научно-исследовательской инфраструктурой факультета.
Day.Az xəbər verir ki, ikitərəfli əməkdaşlığa əsaslanan səfər çərçivəsində universitetin Stomatologiya fakültəsinin dekanı, dosent Elmira Əliyevanın rəhbərlik etidyi nümayəndə heyəti (fakültənin əməkdaşları - dosent Şəhla Yusubova, dosent Hənifə Musayeva) ilə Ankara Universitetinin (AU) rektoru, professor Necdet Ünüvar arasında görüş keçirilib.
ATU ilə əlaqələrin uğurlu inkişafına yönələn görüşdə nümayəndə heyəti AU-nun Diş həkimliyi fakültəsində elmi - pedoqoji fəaliyyətlə tanışlıqla bərabər, beynəlxalq stomatologiyanın aktual problemləri, o cümlədən qlobal miqyasda bu sahədə ən son tibbi texnologiyaların, elmi yeniliklər və beynəlxalq tədris standartlarının tətbiqi və s. məsələlərlə bağlı fikir mübadiləsi aparıb.
Görüşdən sonra ATU əməkdaşları fakültənin klinik bazası, elmi-tədqiqat infrastrukturu, tədris prosesi ilə də yaxından tanış olub.
Qeyd edək ki, universitetlər arasında səmərəli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və inkişafını tənzimləyən bir neçə mühüm saziş və memorandum mövcuddur. Bu əməkdaşlıq çərçivəsində gerçəkləşdirilən səfər Azərbaycan Tibb Universiteti ilə Ankara Universiteti arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsi və gələcək birgə layihələrin həyata keçirilməsinə xidmət edir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий