- Обновленная 100-манатная банкнота будет выпущена в обращение 15 июля текущего года.
- Об этом сообщил главный директор Центрального банка Азербайджана Рашад Мамедов.
- В декабре прошлого года была выпущена обновленная 50-манатная банкнота.
- Уровень подделки национальных банкнот низкий по сравнению с ведущими валютами и валютами соседних стран.
Bunu Trend -ə müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Məmmədov deyib.
O bildirib ki, Mərkəzi Bank tərəfindən yenilənmiş pul nişanları və ya mövcud pul nişanlarında hər hansı dəyişiklik barədə ictimai məlumatlandırma onların tədavülə buraxılma tarixindən öncə Mərkəzi Bankın rəsmi internet səhifəsi və sosial media səhifələri vasitəsilə təşkil olunur:
"Son dəyişikliklərdən biri ötən ilin dekabr ayında yenilənmiş 50 manatlıq pul nişanının tədavülə buraxılması olub. Cari ildə 15 iyul tarixində isə yenilənmiş 100 manatlıq pul nişanının tədavülə buraxılması nəzərdə tutulub.
Təhlillərə əsasən, saxtalaşdırma üsullarının əksər hallarda primitiv üsullardan (rəngli surətçıxarma və ya skaner) istifadə edilməklə həyata keçirildiyi müşahidə olunur. Belə saxta pullar bank əməkdaşları və ya avadanlıqlar tərəfindən asanlıqla müəyyən olunur. Milli pul nişanlarının yüksək texniki göstəriciləri və təhlükəsizlik elementlərinin etibarlılığı nəticəsində milli pul nişanlarının saxtalaşdırılma səviyyəsi dünyanın aparıcı valyutaları və qonşu dövlətlərin valyutaları ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağı hesab olunur".
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий