- Тиктокер Ильдуза Гаджиева (Arzum 9999) обвиняется в ДТП, в результате которого погиб один человек и один тяжело ранен.
- Авария произошла 27 июня 2025 года на дороге Мардакан-Гала в Хазарском районе Баку.
- Гаджиева скрылась с места ДТП и уехала в Германию, чтобы избежать следствия.
- Дело рассматривается по статьям 263.2 и 264 УК Азербайджана (нарушение ПДД, повлекшее смерть, и оставление места ДТП).
"Paytaxtın Xəzər rayonunda bir nəfərin ölümü, bir nəfərin isə ağır bədən xəsarəti alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə qəbul edilmiş məhkəmə hökmü sosial şəbəkələrdə və müxtəlif media resurslarında geniş müzakirə olunur".
Day.Az xəbər verir ki, bu barədə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin media ilə əlaqələrdən məsul şəxsi, hakim Ramilə Xəzrinin açıqlamasında deyilir.
O bildirib ki, İ. Hacıyevaya qarşı irəli sürülən ittihama əsasən, o, 27 iyun 2025-ci il tarixində saat 00:53 radələrində "Changan Qiyuan A05 Plug-in Hibrid" markalı, 10-BY-117 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri Xəzər rayonu ərazisində Mərdəkan-Qala avtomobil yolunda Qala istiqamətində hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin (sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır) və 37-ci maddəsinin 4-cü hissəsinin (hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir) tələblərini pozmuşdur.
Nəticədə İ. Hacıyeva Məlikov Amal Musa oğlunun idarə etdiyi "Mercedes-Benz D2" markalı, 77-UK-890 dövlət qeydiyyat nişanlı avtomobilin arxa təkərinə sürtməklə vurub, ehtiyatsızlıqdan çarpaz toqquşmaya səbəb olmuşdur.
Belə ki, İ. Hacıyeva "Mercedes-Benz D2" markalı avtomobilin sağa istiqamətlənərək yolun sağ kənarında olan beton maneəyə çırpılması nəticəsində həmin avtomobildə olan sərnişin Muradova Sənubər Firdovsi qızının ağır bədən xəsarəti almasına, sürücü Məlikov Amalın isə ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. İ. Hacıyeva yol-nəqliyyat hadisəsini törətdikdən sonra öz şəxsiyyəti barədə Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına xəbər vermədən, həmin orqanların əməkdaşlarının gəlməsini gözləmədən və zərərçəkmiş şəxslərə yardım göstərmədən idarə etdiyi avtomobillə hadisə yerindən qaçmışdır. Bundan sonra istintaqdan yayınmaq məqsədi ilə Azərbaycan Respublikasının hüdudlarını tərk edərək Almaniya Federativ Respublikasına getmişdir.
İ. Hacıyevaya qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham irəli sürülmüş və baxılması üçün məhkəməyə göndərilmişdir.
Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə təyin edilmiş ekspert rəyinə əsasən, İ. Hacıyevanın hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etdiyi təqdirdə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.
Eyni zamanda məhkəmə prosesində dövlət ittihamçısı İ. Hacıyevaya qəti olaraq 5 il 9 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini təklif etmişdir.
Məhkəmə tərəfindən İ. Hacıyevanın yol-nəqliyyat hadisəsi yerindən qaçması, ölmüş zərərçəkmişin hüquqi varisi ilə və ağır bədən xəsarəti almış zərərçəkmiş şəxsin özü ilə barışığın olmaması, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olması nəzərə alınaraq İ. Hacıyevaya qəti olaraq 5 il 2 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.
Qeyd olunub ki, iş üzrə məhkəmə hökmündən narazı olan tərəflər qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti vermək hüququna malikdir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий