Tailandda azı doqquz buddist rahib həlak olub, daha bir neçə nəfər yaralanıb.

Hadisə 11 yaşlı bir oğlanın valideynlərinə məxsus pikap avtomobilini idarə edərək şimal-şərqi Taylandda zəvvar rahiblərin yürüşünə çırpılması nəticəsində baş verib.

Day.Az -ın məlumatına görə, 35 rahib və 5 dindardan ibarət qrup yol ilə hərəkət edərkən oğlan icazəsiz götürdüyü avtomobillə idarəetməni itirərək onları vurub.

Üç rahib kritik vəziyyətdə qalır, ən azı beş nəfər isə ağır xəsarətlər alıb.