Mövzu ilə bağlı Day.Az -a açıqlamasında təhsil eksperti Elmin Nuri deyib ki, hər zaman insan amilindən, yəni insan faktorundan asılı olan ixtisaslara tələbat qalacaq.

O, qeyd edib ki, dövrün əmək bazarını formalaşdıran və texnoloji inkişafın tələblərinə cavab verən, xüsusilə informasiya texnologiyaları (İT) sahəsinə aid ixtisaslara da daim ciddi ehtiyac olacaq.

"Digər mühüm istiqamət isə elm, təhsil, klinik innovasiya və biznes arasında əlaqələndirməni ən yaxşı şəkildə təmin edən ixtisaslardır. Gələcəkdə ən çox tələb olunan sahələr məhz bu üç istiqamət üzrə formalaşacaq. Bu təsnifat təhsil müəssisəsinin növünə görə də dəyişə bilər. Məsələn, peşə təhsili müəssisələrində insan əməyinə əsaslanan ixtisaslara hər zaman ehtiyac olacaq. Ali təhsil seqmentində isə əmək bazarının tələblərinə uyğun, xüsusilə İT və innovasiya yönümlü ixtisaslar daha çox ön plana çıxacaq. Yəni tələb olunan peşələr zamanın və iqtisadiyyatın ehtiyaclarına uyğun olaraq davamlı şəkildə yenilənəcək", - o deyib.

"Digər mühüm istiqamət isə elm, təhsil, klinik innovasiya və biznes arasında əlaqələndirməni ən yaxşı şəkildə təmin edən ixtisaslardır. Gələcəkdə ən çox tələb olunan sahələr məhz bu üç istiqamət üzrə formalaşacaq.

Bu təsnifat təhsil müəssisəsinin növünə görə də dəyişə bilər. Məsələn, peşə təhsili müəssisələrində insan əməyinə əsaslanan ixtisaslara hər zaman ehtiyac olacaq. Ali təhsil seqmentində isə əmək bazarının tələblərinə uyğun, xüsusilə İT və innovasiya yönümlü ixtisaslar daha çox ön plana çıxacaq. Yəni tələb olunan peşələr zamanın və iqtisadiyyatın ehtiyaclarına uyğun olaraq davamlı şəkildə yenilənəcək", - o deyib.

Ekspert vurğulayıb ki, gələcəkdə ixtisasların tələbatını müəyyənləşdirən əsas meyarlardan biri də kommersiya münasibətləri olacaq:

"Artıq bir sıra ölkələrdə, xüsusilə Çin universitetlərinin bəzilərində humanitar və sosial yönümlü ixtisasların tədris saatları azaldılır, bəzi proqramlar isə ümumiyyətlə ləğv edilir. Onların yerini süni intellekt, məlumat elmi (Data Science), data analitikası və digər rəqəmsal texnologiyalarla bağlı ixtisaslar tutur. Bu isə göstərir ki, əmək bazarının və kommersiya maraqlarının dəyişməsi ixtisasların rentabelliyinə və gələcək perspektivlərinə birbaşa təsir göstərir", - o yekunlaşdırıb.