Day.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər, su çənləri və təhlükəsizlik qüvvələri cəlb olunub.
Ətraf kəndlərin fermerləri də traktor və su çənləri ilə söndürmə işlərinə dəstək veriblər. Yanğın yaşayış məntəqələrinə çatmadan nəzarətə götürülüb.
Hadisə nəticəsində geniş əkin sahələri, bəzi konteynerlər və tikililər zərər görüb. Yanğının səbəbi ilə bağlı araşdırma başladılıb.
Источник: news.day.az