- В Венесуэле объявлен 7-дневный национальный траур в связи с разрушительными землетрясениями 24 июня.
- Исполняющая обязанности президента Делси Родригес объявила о трауре с 18:00 текущего дня.
- Более 80 800 семей получили гуманитарную помощь после землетрясения.
- В поисково-спасательных работах задействованы 26 121 венесуэльский сотрудник, 3 660 спасателей из других стран, 148 специально обученных собак и 49 единиц техники.
Day.Az xəbər verir ki, Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsini icra edən Delsi Rodriqes sosial şəbəkə hesabında paylaşdığı açıqlamada ölkənin baş verən təbii fəlakət səbəbindən dərin kədər içində olduğunu bildirib.
"Bu gün yaxınlarını itirən ailələrin ağrısını bölüşür, yaralananlar, itkin düşənlər və fəlakətdən zərər çəkən bütün icmalar üçün dualar edirik. Həyatını itirənlərin xatirəsinə ehtiram əlaməti olaraq, bu gün saat 18:00-dan etibarən qüvvəyə minəcək 7 günlük milli matəm elan edilməsi barədə qərar qəbul etdim. Bu ağır günlərdə faciədən zərər çəkən hər kəsin yanında olduğumuzu bir daha bəyan edir və onları qorumaq öhdəliyimizi təsdiqləyirik", - deyə Rodriqes vurğulayıb.
Yerli KİV-in məlumatına görə, zəlzələdən sonra 80 800-dən çox ailəyə humanitar yardım çatdırılıb. Axtarış-xilasetmə işlərinə 26 121 venesuelalı əməkdaş, müxtəlif ölkələrdən gəlmiş 3 660 xilasedici, 148 xüsusi təlim keçmiş axtarış iti və 49 texniki vasitə cəlb olunub.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий