- Электронная запись в детские сады начнется с 7 июля 2026 года для регионов и Нахчывана, с 9 июля для Баку.
- Прием осуществляется через платформу myGov.
- Для детей 2021-2022 годов рождения очередь активируется в 11:00, для 2023-2025 годов — в 15:00.
- Можно выбрать до 3 детских садов, очередь конвертируется в заявку при наличии мест через 5 дней.
- Родители должны предоставить документы в течение 7 дней после создания заявки, иначе она аннулируется.
Bu barədə Day.Az -a MÜTDA-dan məlumat verilib.
Bildirilib ki, 2021 və 2022-ci il təvəllüdlü uşaqlar üçün növbələr saat 11:00-da, 2023, 2024 və 2025-ci il təvəllüdlü uşaqlar üçün isə saat 15:00-da aktiv olacaq.
Bu il ilk dəfə olaraq qəbul prosesi "myGov" platforması üzərindən həyata keçiriləcək. Belə ki, valideynlər (və ya qanuni nümayəndələr) qeyd olunan tarixlərdə "myGov" kabinetinə daxil olaraq "Xidmətlər" bölməsindən Elm və Təhsil Nazirliyinin "Məktəbəqədər təhsil müəssisələrinə qəbul" xidmətini seçməklə elektron müraciət prosesini həyata keçirə bilərlər.
Qeyd edilib ki, qəbul sistemi vasitəsilə bir uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsi seçilə bilər. Yaradılmış növbə boş yer olduğu təqdirdə minimum 5 gündən sonra sorğuya çevriləcək. Sorğu yaradıldıqdan sonra valideyn (və ya qanuni nümayəndə) 7 gün ərzində tələb olunan sənədləri müvafiq məktəbəqədər təhsil müəssisəsinə təqdim etməlidir. Əks təqdirdə sorğu silinəcək və növbəli şəkildə başqa uşağın qəbulu aparılacaq.
Ötən tədris ilində yaradılmış növbə və sorğular arxivləşdirilərək valideyn kabinetinə əlavə edilib. Həmin növbə və sorğular 2026-2027-ci tədris ili üzrə qəbul prosesində etibarlı hesab olunmur.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий