Day.Az Unikal-a istinadən xəbər verir ki, Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə tiktokerin vəkilləri Hikmət Əliyev və Fərid Həsənov müdafiə çıxışları ediblər.

Tiktoker İlduzə Hacıyeva son söz deyib.

Daha sonra məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökmü elan edib.

Hökmə əsasən, "Arzum" ləqəbli tiktoker 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Nərmin Tahirzadə məhkəməyə tiktokerin 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməklə məhkəmə zalından həbs olunmasını təklif edib.

Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən 1 nəfər ölüb, digəri isə ağır xəsarət alıb.

İstintaq dövründə bloger Arzum barəsində "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri seçilib.

"Arzum" ləqəbli tiktokerə qarşıCinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb.