- Строительство дороги Аскеран-Ходжалы-Ханкенди выполнено на 86%.
- Протяженность дороги составляет 14,1 км, соответствует I технической категории.
- Завершены земляные работы, строительство 3 мостов, 9 прямоугольных и 38 круглых водопропускных труб, 23 запасных проездов и 14 автобусных остановок.
- Дорога обеспечит короткий, удобный и безопасный проезд в города Ханкенди, Шушу и Лачин.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Day.Az -a bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yol infrastrukturu layihələri çərçivəsində inşa olunan, uzunluğu 14,1 kilometr olan Əsgəran-Xocalı-Xankəndi avtomobil yolu I texniki dərəcəyə uyğun tikilir. Yolun torpaq yatağının eni ərazidən asılı olaraq 26,5 metrədək dəyişir.
Layihə üzrə torpaq işləri tam yekunlaşdırılıb, yeni yol yatağı inşa edilib. Hazırda yol geyiminin əsasının və asfalt-beton örtüyünün laylarının tikintisi davam etdirilir.
Eyni zamanda, yolboyu nəzərdə tutulan 3 körpünün, 9 düzbucaqlı və 38 dairəvi suötürücünün, 23 ehtiyat keçidinin tikintisi, eləcə də 14 avtobus dayanacağının quraşdırılması işləri artıq tamamlanıb.
Hazırda layihə üzrə ümumi icra faizi 86 faiz təşkil edir.
Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun istifadəyə verilməsi bölgədə nəqliyyat əlaqələrinin daha da yaxşılaşmasına, yük və sərnişin daşımalarının səmərəliliyinin artırılmasına, həmçinin kənd təsərrüfatı və turizm potensialının inkişafına mühüm töhfə verəcək.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий