Day.Az xəbər verir ki, onun sözlərinə görə, ekran parlaqlığının azalması, tətbiqlərin ləng açılması, kritik temperatur xəbərdarlığının görünməsi və cihazın korpusunun həddindən artıq isinməsi telefonun qızmasının əsas əlamətləridir.

Mütəxəssis qeyd edib ki, smartfonu birbaşa günəş altında, avtomobildə və ya pəncərə önündə saxlamaq olmaz. O, isti havalarda uzunmüddətli danışıq zamanı simli qulaqlıqdan istifadə etməyi, həmçinin cihazın soyumasına mane olan keyfiyyətsiz plastik üzlükləri çıxarmağı tövsiyə edib.

Aleksandr Tokarenko vurğulayıb ki, qızmış telefonu soyuducuya qoymaq və ya soyuq suya salmaq təhlükəlidir. Onun sözlərinə görə, temperaturun kəskin dəyişməsi cihazın daxili hissələrinin zədələnməsinə və sıradan çıxmasına səbəb ola bilər.