Day.Az AZƏRTAC -a istinadən bildirir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatı zamanı deyib.

"Ermənistanla tarixi sülh sazişinin paraflanması münasibətilə sizi təbrik etmək istəyirəm. Siz regionda sülh və əməkdaşlığın təşviqində şəxsi liderlik nümayiş etdirmisiniz və bu, sabitlik, etimad və qarşılıqlı rifah üçün yeni imkanlar yaradır", - deyə Avropa Komissiyasının sədri bildirib.