- ACI Europe обратилась к главе Еврокомиссии с просьбой временно приостановить биометрический цифровой контроль в аэропортах в пиковые периоды.
- Причина — длинные очереди на паспортном контроле после внедрения новой системы.
- Предлагается полностью отменить проверки в июле и августе, если пассажиропоток превышает пропускную способность.
- Новая система EES требует сбора отпечатков пальцев и фотографий у граждан не входящих в ЕС стран.
- Внедрение системы в европейских аэропортах завершилось в апреле.
Day.Az xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti məlumat yayıb.
Bildirilir ki, bu xahiş yeniliyin tətbiqindən sonra pasport nəzarəti məntəqələrində yaranan uzunmüddətli növbələrlə bağlıdır. Müraciətin müəllifləri hesab edirlər ki, yay turizm mövsümünün qızğın çağında yoxlamalar sərhəddə növbələrin əhəmiyyətli dərəcədə artmasına və reyslərin gecikməsinə səbəb ola bilər. Onlar təklif ediblər ki, sərnişin axını sərhəd infrastrukturunun buraxılış qabiliyyətini aşdığı halda iyul və avqust aylarında hava limanlarında yoxlamaların tamamilə dayandırılmasına icazə verilsin.
Mütəxəssislərin məlumatına görə, bir sıra hava limanlarında sərnişinlər artıq saatlarla davam edən növbələrlə üzləşirlər, bəzi təyyarələr isə boş yerlərlə uçmağa məcbur olurlar, çünki sərnişinlərin bir hissəsi sərhəd nəzarətindən keçməyə vaxt tapmır.
Qeyd edək ki, yeni tətbiq olunan
"Schengen Entry/Exit System" (EES) sistemi Aİ-yə üzv olmayan ölkələrin vətəndaşlarından barmaq izlərinin və fotoşəkillərin qeydə alınmasını tələb edir. Sistemin Avropa hava limanlarında tətbiqi apreldə başa çatıb. /"Qafqazinfo"
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий