- Вице-президент Фонда Гейдара Алиева Лейла Алиева посетила детский дом №6 в Шеки 30 июня.
- Она посмотрела художественную программу с участием детей и вручила подарки.
- Учреждение основано в 1936 году, с 2018 года работает в новом здании, построенном при поддержке Фонда Гейдара Алиева.
- В учреждении проживают дети, лишенные родительской опеки, им предоставляются социальные, психологические, медицинские и правовые услуги.
Day.Az AZƏRTAC -a istinadən xəbər verir ki, Leyla Əliyeva müəssisədəki uşaqların iştirakı ilə nümayiş etdirilən bədii proqramı izləyib. Həmçinin uşaqlara hədiyyələr təqdim edilib, onlarla şəkillər çəkdirilib.
Qeyd edək ki, 1936-cı ildən 2 nömrəli Uşaq evi kimi fəaliyyətə başlayan müəssisə 1988-ci ildən Şəki Qarışıq Tipli Uşaq Evi adı ilə fəaliyyətini davam etdirib. 2018-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə müəssisənin yeni inşa olunan binası istifadəyə verilib.
Müəssisədə valideyn himayəsindən məhrum olmuş uşaqlar yaşayırlar.
Burada uşaqlara sosial uyğunlaşmanın təmin olunması üçün sosial reabilitasiya tədbirləri həyata keçirilir, asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif xidmətlər göstərilir. Müəssisədəki uşaqlar sosial-məişət, sosial-psixoloji, tibbi-sosial, sosial-pedaqoji və sosial-hüquqi xidmətlər ilə təmin olunurlar.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий