Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı dron təyyarənin ön hissəsinə dəyib.

Pilotlar dərhal hava hərəkətinə nəzarət mərkəzinə məlumat veriblər və eniş prosesi problemsiz şəkildə tamamlanıb.

Rəsmi açıqlamalara əsasən, təyyarədə ciddi zədə aşkarlanmayıb və sərnişinlər arasında xəsarət alan olmayıb.

Federal Aviasiya Administrasiyası hadisə ilə bağlı araşdırma aparır. JetBlue isə uçuşun təhlükəsiz şəkildə başa çatdığını təsdiqləyib.