- 6 пропавших без вести во время Первой карабахской войны будут похоронены
- Похороны пройдут 1 и 3 июля в разных районах Азербайджана
- Среди погибших есть военные и гражданские лица
Day.Az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Bildirilib ki, hərbçi Nuriyev Yarməmməd Maqsud oğlu iyulun 1-də saat 13:00-da Xaçmaz rayonunun Köhnə Xudat kənd qəbiristanlığında dəfn olunacaq.
İyulun 3-də isə mülki şəxslər Kamalov Bahadur Məhəmməd oğlu saat 12:00-da Kəlbəcər rayonunun Zar kəndi yeni qəbiristanlığında, Babayeva Mədinə Rəhim qızı saat 13:30-da Kəlbəcər rayonunun Daşbulaq kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Həmin gün hərbçilər Əhmədov Rauf Əjdər oğlu saat 14:00-da Goranboy rayonunun Sarov kənd qəbiristanlığında, Musayev Dəyanət Salik oğlu saat 13:00-da Ucar rayonunun Boyat kənd qəbiristanlığında, Əliyev Möysüm Murad oğlu isə saat 14:00-da Füzuli rayonunun Mahmudlu 2 kənd qəbiristanlığında dəfn ediləcək.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий