Day.Az -a açıqlamasında mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, yeni avtomobillərdə yanğınların əsas səbəblərindən biri əlavə elektron cihazların quraşdırılmasıdır.

O, qeyd edib ki, bu cihazlar bəzən avtomobilin mövcud sistemləri ilə uyğun olmaya bilər.

"Naqillərin düzgün uzlaşmaması nəticəsində qısaqapanma yarana bilər. Qısaqapanma baş verdikdə isə avtomobilin elektrik sistemində ciddi nasazlıq yaranır. Bu, yanğınla nəticələnə bilər. Müasir avtomobillər yüksək həssas elektron idarəetmə sistemləri ilə təchiz olunduğuna görə, kiçik uyğunsuzluqlar belə böyük risklər yaradır. Ona görə də istehsalçı tərəfindən tövsiyə olunmayan elektron cihazların avtomobilə quraşdırılması məqsədəuyğun deyil. Belə avadanlıqlar quraşdırılmadan əvvəl rəsmi servis mərkəzləri ilə məsləhətləşmək daha təhlükəsiz və düzgün yanaşma hesab olunur", - deyə o bildirib.

"Naqillərin düzgün uzlaşmaması nəticəsində qısaqapanma yarana bilər. Qısaqapanma baş verdikdə isə avtomobilin elektrik sistemində ciddi nasazlıq yaranır. Bu, yanğınla nəticələnə bilər. Müasir avtomobillər yüksək həssas elektron idarəetmə sistemləri ilə təchiz olunduğuna görə, kiçik uyğunsuzluqlar belə böyük risklər yaradır.

Ona görə də istehsalçı tərəfindən tövsiyə olunmayan elektron cihazların avtomobilə quraşdırılması məqsədəuyğun deyil. Belə avadanlıqlar quraşdırılmadan əvvəl rəsmi servis mərkəzləri ilə məsləhətləşmək daha təhlükəsiz və düzgün yanaşma hesab olunur", - deyə o bildirib.