Day.Az -a açıqlamasında əmək məsələləri üzrə ekspert Nüsrət Xəlilov bunun səbəbini izah edib.

Ekspert bildirib ki, bir çox elanlarda 30-35 yaşa qədər məhdudiyyətin qoyulduğu qeyd olunur.

"İşəgötürənlər bəzən hesab edirlər ki, yaş artdıqca işçinin öz üzərində işləmə və yeniliklərə uyğunlaşma potensialı müəyyən qədər zəifləyir. Buna görə də daha gənc, yəni 30-35 yaşa qədər olan işçilərin daha dinamik olduğu və dəyişən dövrün tələblərinə daha tez uyğunlaşdığı düşünülür. Lakin mütəxəssis kimi yanaşdıqda, bu fikirlə tam razılaşmaq çətindir. İşəgötürənlər gənc kadrların həvəsindən, enerjisindən və yenilikçi yanaşmalarından istifadə etməklə yanaşı, onları müəssisəyə cəlb etməyə də çalışmalıdırlar. Bu, təşkilatın inkişafı üçün vacib amildir," - o deyib.

"İşəgötürənlər bəzən hesab edirlər ki, yaş artdıqca işçinin öz üzərində işləmə və yeniliklərə uyğunlaşma potensialı müəyyən qədər zəifləyir. Buna görə də daha gənc, yəni 30-35 yaşa qədər olan işçilərin daha dinamik olduğu və dəyişən dövrün tələblərinə daha tez uyğunlaşdığı düşünülür.

Lakin mütəxəssis kimi yanaşdıqda, bu fikirlə tam razılaşmaq çətindir. İşəgötürənlər gənc kadrların həvəsindən, enerjisindən və yenilikçi yanaşmalarından istifadə etməklə yanaşı, onları müəssisəyə cəlb etməyə də çalışmalıdırlar. Bu, təşkilatın inkişafı üçün vacib amildir," - o deyib.

N.Xəlilov qeyd edib ki, 35 yaşdan yuxarı, uzun illər təcrübə qazanmış işçilərin bilik və bacarıqlarından da səmərəli istifadə etmək lazımdır:

"Çünki bu təcrübə asanlıqla əldə edilmir, illərin zəhməti ilə formalaşır. Bəzən yüksək enerji və bilik olsa belə, təcrübənin olmaması uğura mane ola bilər, bəzən isə əksinə vəziyyət müşahidə edilir. Ona görə də həm gənc, həm də təcrübəli nəslin potensialından birlikdə istifadə etmək daha düzgün yanaşmadır", - o yekunlaşdırıb.