Day.Az Xəzərxəbər-ə istinadən xəbər verir ki, bu evlərin bir çoxunda pəncərə olmur, otaqlar normadan xeyli kiçikdir və ümumi şərait qeyri-qənaətbəxşdir.

Məlum olur ki, belə tikililərin böyük hissəsinin sənədi yoxdur və rəsmi qeydiyyata alınmayıb. Ekspertlər bildirirlər ki, bu evlər çox vaxt keyfiyyətsiz materiallarla inşa olunur, fundamental və təhlükəsizlik standartlarına cavab vermir.

Mütəxəssislər vətəndaşlara sənədsiz ev almamağı tövsiyə edir, çünki bu, gələcəkdə ciddi hüquqi və maliyyə problemləri yarada bilər.