- Внесены изменения в Уголовно-процессуальный кодекс, касающиеся ареста имущества.
- Решение об аресте имущества теперь можно обжаловать в порядке судебного контроля, а не гражданского судопроизводства.
- Лица, не являющиеся подозреваемыми, но чьи интересы затронуты арестом имущества, получают статус участника процесса и право на апелляцию.
- Законопроект принят в третьем чтении Милли Меджлисом.
Trend-in iclasdakı müxbiri xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirə olunan Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Bildirilib ki, qanun layihəsində təklif edilən əlavə və dəyişikliklər təqsirləndirilən şəxs olmayan, lakin əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxslərin, cinayət prosesində iştirak edən digər şəxslər kateqoriyasına daxil edilməsi, həmin şəxslərin qanuni mənafeyinə toxunulan şəxs qismində cinayət prosesinə cəlb edilməsi, cinayət prosesində iştirak edən şəxslər kimi apelyasiya, kassasiya, əlavə kassasiya şikayəti vermək hüquqları və qaydalarını tənzim edir.
Təklif olunan ən mühüm dəyişikliklərdən biri də cinayət mühakimə icraatı çərçivəsində əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarının mülki mühakimə icratı çərçivəsində deyil, məhkəmə nəzarəti qaydasında mübahisələndirilməsinin nəzərdə tutulmasıdır.
Belə ki, mülki mühakimə icratından fərqli olaraq məhkəmə nəzarəti qaydasında materiallara baxılması və işin həll edilməsi zaman baxımından daha çevik və operativ baş verir. Üstəlik daha sonra məhkəmə qərarının preyudisial əhəmiyyətinin hansı həddə olması kimi mübahisənin yaranmasının da qarşısı alınmış olur.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий