Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Hüseyn Cavid prospektində (Seyfəddin Dağlı küçəsindən Mikayıl Müşfiq küçəsinədək) işlər 30 iyun 2026-cı il saat 10:00-dan başlayaraq 3 iyul 2026-cı il saat 07:00-dək davam edəcək.

Bu müddət ərzində yolun frezlənməsi və yeni asfalt örtüyünün döşənməsi işləri həyata keçiriləcək.

Ayna Sultanova küçəsində (Hüseyn Cavid prospektindən Mətbuat prospektinədək) isə asfalt örtüyünün yenilənməsi işləri 1 iyul 2026-cı il saat 08:00-dan 6 iyul 2026-cı il saat 08:00-dək aparılacaq.

Sürücülərdən qeyd olunan tarixlərdə həmin ərazilərdə hərəkətin qismən məhdudlaşdırılacağını nəzərə almaları, mümkün olduqda alternativ marşrutlardan istifadə etmələri, həmçinin müvəqqəti yol nişanlarının və hərəkətin tənzimlənməsini həyata keçirən əməkdaşların göstərişlərinə əməl etmələri xahiş olunub.

Həmçinin yarana biləcək müvəqqəti narahatlığa görə sürücülərdən və sakinlərdən anlayış göstərmələri xahiş edilib.