Day.Az Milli.Az -a istinadən xəbər verir ki, görüntülərə əsasən, sürücü daha çox baxış toplamaq məqsədilə motosikleti əks hərəkət zolağına sürərək irəliləyib. Onun bu təhlükəli manevri yolda qəza şəraiti yaradıb və digər hərəkət iştirakçılarını çətin vəziyyətə salıb.

Paylaşılan video qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb. İzləyicilərin əksəriyyəti sürücünün davranışını məsuliyyətsiz adlandıraraq bunun həm özünün, həm də digər sürücülərin və piyadaların həyatını ciddi təhlükə altına atdığını bildiriblər.

Bir çox istifadəçi sosial media naminə belə riskli addımların yolverilməz olduğunu vurğulayaraq, yol hərəkəti qaydalarına əməl edilməsinin vacibliyini qeyd edib.