DİN-in Mətbuat Xidmətindən Day.Az -a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 205, o cümlədən borclu şəxs qismində axtarışda olan 178 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.