İdman.Biz xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb.

Kanada millisinin 1:0 hesabı ilə qalib gəldiyi görüşdə Eustakio həlledici qola imza atıb. O, 90+2-ci dəqiqədə fərqlənərək komandasını 1/8 finala daşıyıb.

Növbəti mərhələdə Kanada millisi Niderland - Mərakeş cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, hazırkı dünya çempionu Argentina millisidir. Komanda 2022-ci ildə finalda Fransa ilə əsas vaxtı 3:3 hesabı ilə başa vurub, penaltilər seriyasında 4:2 hesabı ilə qalib gəlib.