- ДТП произошло в Бабекском районе, село Ярымджа
- Столкнулись автомобили VAZ-21015 и NAZ-Lifan
- Пострадали три человека: 2009, 2003 и 2010 годов рождения
- Пострадавшие доставлены в больницу Нахчыванской Автономной Республики
- На место вызвана полиция, проводится расследование
Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC -ın bölgə müxbiri xəbər verir ki, hadisə Babək rayonunun Yarımca kəndi ərazisində qeydə alınıb. Belə ki, 67-BM-140 dövlət qeydiyyat nişanlı "VAZ-21015" markalı avtomobillə 75-AF-754 dövlət qeydiyyat nişanlı "NAZ-Lifan" markalı avtomobil toqquşub.
Qəza nəticəsində 2009-cu il təvəllüdlü Abbasov Namiq Qılman oğlu, 2003-cü il təvəllüdlü Hacıyev Elnur Çingiz oğlu və 2010-cu il təvəllüdlü Ələkbərov Amin Təbriz oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Комментарии
Загрузка…
Оставить комментарий