- Автомобиль Opel под управлением Эльнура Гурбанлы опрокинулся в овраг на трассе Ленкорань-Лерик.
- В результате ДТП пострадали водитель, его жена, 5-летний ребенок и пассажирка.
- Пострадавшие доставлены в больницу с травмами различной степени тяжести.
Lerik rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Day.Az Trend-ə istinadən bildirir ki, hadisə Lənkəran-Lerik magistral avtomobil yolunda qeydə alınıb. İlkin məlumata görə, Astara rayon sakini, 1989-cu il təvəllüdlü Elnur İbrahim oğlu Qurbanlının idarə etdiyi "Opel" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarındakı hündürlükdən dərəyə aşıb. Dərəyə yuvarlanan avtomobil ağaca çırpılaraq dayanıb. Qəza nəticəsində sürücü Elnur Qurbanlı, onun həyat yoldaşı, 1995-ci il təvəllüdlü Aidə Mərhəmət qızı Qurbanlı, onların 5 yaşlı övladı və 1989-cu il təvəllüdlü Rəvanə Baba qızı Əliyeva müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıblar.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий