- Историческое здание школы 'Lagena' весом 7 600 тонн перемещено на 62 метра в Шанхае.
- Использовано 198 гидравлических роботизированных ног, имитирующих ходьбу человека.
- Перемещение заняло 18 дней, скорость — несколько сантиметров в день.
- Направление здания изменено на 20 градусов во время перемещения.
- Метод сэкономил 20% времени по сравнению с традиционными способами.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Şanxayda 1935-ci ildə inşa edilən 85 illik tarixi "Lagena" ibtidai məktəbinin binası, tətbiq olunan innovativ üsulla yeni yerinə çatdırılıb. 7 600 ton ağırlığındakı tikilinin köçürülməsi prosesində ənənəvi üsullardan kənara çıxılaraq 198 hidravlik robot ayaqdan istifadə edilib. Yeni bir ticarət mərkəzinin tikintisi ilə əlaqədar yerindən qaldırılması lazım olan tarixi binanın qeyri-müntəzəm memarlıq quruluşu, rels və ya düz platforma kimi ənənəvi daşıma üsullarının istifadəsini imkansız edirdi.
Mühəndislər bu çətinliyi aşmaq üçün insan yeriməsini təqlid edən 198 hidravlik ayaqlı "yerimə" sistemini işə salıblar. Nəhəng struktur bu sistem sayəsində gündə bir neçə santimetr irəliləyərək, 18 gün ərzində cəmi 62 metr məsafəyə daşınıb. Mühəndislər həmçinin daşıma əsnasında binanın istiqamətini 20 dərəcə dəyişməyə nail olublar.
Layihə rəsmiləri dünyada ilk dəfə bu əməliyyatda istifadə olunan robot ayaq sisteminin, ənənəvi metodlarla müqayisədə vaxt baxımından 20 faiz qənaət sağladığını bildiriblər. Sökülmək əvəzinə köçürülməsi və bərpa edilməsi qərara alınan tarixi binanın gələcək funksiyası haqqında məlumat verən Layihənin Baş direktoru Li Jianfeng bunları qeyd edib:
"Məktəbi həm mədəniyyəti, həm də innovasiyanı özündə birləşdirən, mədəni təhsil ilə qeyri-maddi irsin qorunmasını bir araya gətirən bir binaya çevirəcəyik. Köhnə binanı yenidən canlandırmağa ümid edirik."
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий