- Правительство Буркина-Фасо приняло решение о разрыве дипломатических отношений с Францией с 26 июня.
- Решение принято после оценки состояния отношений, которые больше не соответствуют принципам взаимного уважения и невмешательства.
- Буркина-Фасо обвиняет Францию в неоколониальной политике и поддержке террористических сетей в регионе Сахеля.
- Французские СМИ и официальные лица обвиняются в предвзятой подаче информации, наносящей ущерб репутации Буркина-Фасо.
- Буркина-Фасо намерена продолжать независимую внешнюю политику и развивать сотрудничество Юг-Юг.
Hökumətin yaydığı kommünikedə bu qərarın iki ölkə arasında münasibətlərin vəziyyətinin hərtərəfli qiymətləndirilməsindən sonra qəbul olunduğu bildirilir. Sənəddə qeyd edilir ki, tərəflər arasında qarşılıqlı hörmət, etimad, daxili işlərə qarışmamaq və dövlət suverenliyinə hörmət prinsiplərinə əsaslanan münasibətlərin inkişafı üçün zəruri şərtlər artıq mövcud deyil.
Burkina-Faso hökuməti Fransanın həyata keçirdiyi siyasətin ölkənin maraqlarına zidd olduğunu iddia edir. Kommünikedə Parisin "neokolonial meyillər nümayiş etdirdiyi", həmçinin Sahel regionunda fəaliyyət göstərən təxribatçı və terrorçu şəbəkələri dəstəklədiyi irəli sürülür. Bundan əlavə, Fransa mediasının və rəsmilərinin Burkina-Faso ilə bağlı məlumatları qərəzli şəkildə təqdim etdiyi və bunun ölkənin beynəlxalq aləmdə nüfuzuna xələl gətirmək məqsədi daşıdığı vurğulanır.
Bəyanatda bildirilir ki, Burkina-Faso müstəqil xarici siyasət kursunu davam etdirmək, beynəlxalq tərəfdaşlıqları şaxələndirmək, Cənub-Cənub əməkdaşlığını genişləndirmək, bütün dövlətlərlə balanslaşdırılmış münasibətlər qurmaq, eləcə də sülhün, təhlükəsizliyin və dayanıqlı inkişafın təşviqinə töhfə vermək əzmindədir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий