- Страны ЕС согласовали общие позиции по 'Европейскому пакету энергетических сетей'.
- Пакет предусматривает обновление правил TEN-E и упрощение процедур выдачи разрешений.
- С 2028 года часть неиспользованных средств от ограничений в электросетях будет направляться на трансграничные проекты, ежегодно увеличиваясь на 5% до 25% к 2031 году.
- Пакет включает ускорение лицензирования энергообъектов и внедрение цифровых систем подачи заявок.
- Окончательное соглашение планируется достичь в течение года между Советом ЕС и Европарламентом.
AZƏRTAC xəbər verir ki, paket trans-Avropa enerji infrastrukturu (TEN-E) qaydalarının yenilənməsini və icazələrin verilməsi prosedurlarının sadələşdirilməsini nəzərdə tutur. Məqsəd elektrikləşdirməni sürətləndirmək, enerji infrastrukturunu genişləndirmək və daha dayanıqlı enerji sistemi formalaşdırmaqdır.
Sənədə əsasən, elektrik enerjisi, hidrogen və qaz sektorları üzrə şəbəkələrin inkişafı vahid planlaşdırma çərçivəsində həyata keçiriləcək. Avropa Komissiyası üzv dövlətlər və maraqlı tərəflərin iştirakı ilə enerji infrastrukturunda uzunmüddətli çatışmazlıq və məhdudiyyətləri müəyyən etmək üçün ümumi ssenari hazırlayacaq.
Yeni qaydalara görə, elektrik şəbəkələrində ötürmə məhdudiyyətləri nəticəsində formalaşan və istifadə olunmayan vəsaitlərin bir hissəsi sərhədlərarası enerji layihələrinin maliyyələşdirilməsinə yönəldiləcək. Bu vəsaitlərin ayrılması 2028-ci ildən başlayaraq hər il 5 faiz artırılacaq və 2031-ci ildə 25 faizə çatdırılacaq.
Paket, həmçinin enerji obyektlərinin icazələndirilməsi prosesinin sürətləndirilməsini, rəqəmsal müraciət sistemlərinin tətbiqini və bərpaolunan enerji layihələrinin ictimai maraq daşıyan prioritet layihələr kimi qiymətləndirilməsini nəzərdə tutur.
Sənədin qüvvəyə minməsi üçün növbəti mərhələdə Aİ Şurası ilə Avropa Parlamenti arasında danışıqlar aparılacaq. Yekun razılaşmanın il ərzində əldə olunması hədəflənir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий