Abşeronda ötən gün 122 motoxuliqan saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən ötən gün keçirilən növbəti tədbir zamanı sakinlərin rahatlığını pozan, yüksək səs effekti yaradan və sürücülük hüququ olmayan 122 motoxuliqan saxlanılıb.

Bildirilib ki, tədbirlər zamanı nəqliyyat vasitələrinin konstruksiyasına qanunsuz müdaxilə edən, əlavə işıq və səsboğucu qurğular quraşdıran 30, yükdaşıma qaydalarını pozan 11, müəyyən edilmiş keçidlərdə piyadalara yol verməyən 18 və sərxoş vəziyyətdə avtomobil idarə edən 6 sürücü barəsində də inzibati protokollar tərtib olunub.

Xatırladaq ki, iyunun 19-da saat 18 radələrində Abşeron rayonu Masazır qəsəbəsi ərazisində 19 yaşlı Fuad Babaşovun idarə etdiyi motosikletlə yolun hərəkət hissəsinə qaçan azyaşlı vurulub.

Nəticədə uşaq aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.