Matçda hesabı 56-cı dəqiqədə Yaponiya millisi açıb. Ritsu Doanın ötürməsindən sonra Daizen Maeda fərqlənib. İsveç yığması buna 62-ci dəqiqədə cavab verib. Entoni Elanqa cərimə meydançasının sağ küncündən dəqiq zərbə ilə tarazlığı bərpa edib.
Bu nəticədən sonra Yaponiya F qrupunu beş xalla ikinci pillədə başa vurub. Asiya təmsilçisi 1/16 finalda Braziliya ilə qarşılaşacaq.
İsveç isə dörd xalla üçüncü yeri tutub və ən yaxşı üçüncü yer sahibləri sırasında pley-offa yüksəlmə şansını qoruyub. Skandinaviya təmsilçisinin növbəti mərhələdəki rəqibi digər qrupların yekun nəticələrindən sonra dəqiqləşəcək.
F qrupunu Niderland yeddi xalla lider kimi tamamlayıb. Tunis isə xalsız qalaraq mundialla vidalaşıb.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий