- Президент Азербайджана Ильхам Алиев направил поздравительное письмо президенту Словении Наташе Пирц Мусар по случаю Дня государственности Словении.
- В письме выражена уверенность в дальнейшем развитии дружественных отношений между Азербайджаном и Словенией.
- В 2023 году отмечается 30-летие установления дипломатических отношений между двумя странами.
Məktubun mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Day.Az AZƏRTAC -a istinadən xəbər verir ki, məktubda qeyd edilib:
Sloveniya Respublikasının milli bayramı - Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, bu il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edən Azərbaycan ilə Sloveniya arasında dostluq münasibətlərinin inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Sloveniya xalqına daim rifah və firavanlıq arzulayıram".
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий