- Глава МАГАТЭ Рафаэль Гросси ожидает скорого начала работы по определению условий инспекций в Иране.
- Восьмой пункт меморандума о взаимопонимании между США и Ираном касается ядерной деятельности Ирана, которая будет отслеживаться МАГАТЭ.
- Замглавы МИД Ирана Казем Гарибабади заявил, что Тегеран разрешит инспекции только после окончательного соглашения с США.
- Пресс-секретарь МИД Ирана Исмаил Багаи сообщил, что Тегеран и МАГАТЭ пока не договорились о возобновлении работы инспекторов.
- Президент США Дональд Трамп утверждает, что Иран согласился на инспекции, и без этого решения переговоры бы не продолжились.
Xarici media yazır ki, Qrossi çox tezliklə təşkilati məsələlərin, tarixlər, prosedurlar və yerlər üzərində işlərin başlayacağını ehtimal edir.
O qeyd edib ki, ABŞ-İran anlaşma memorandumunun səkkizinci bəndi İranın nüvə fəaliyyətləri ilə bağlıdır və bu fəaliyyətlər AEBA tərəfindən izləniləcək:
"Aydındır ki, bunun üçün yoxlamalar aparmalıyıq".
İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib ki, Tehran yalnız İran və ABŞ yekun razılığa gəldiyi təqdirdə AEBA-ya nüvə obyektlərində yoxlamaları bərpa etmək üçün icazə verə bilər.
ABŞ və İran AEBA məsələsi ilə bağlı ziddiyyətli açıqlamalar veriblər. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, Tehran və AEBA agentliyin müfəttişlərinin İranın nüvə obyektlərində işini bərpa etmək barədə hələ razılığa gələ bilməyiblər. Lakin ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı obyektlərində yoxlamalara razılıq verdiyini və belə bir qərar olmasaydı, danışıqların davam etdirilməyəcəyini bildirib.
Комментарии
Загрузка…
Оставить комментарий