- В Азербайджане в первом чтении принят законопроект о внесении понятия автономного транспорта в законодательство.
- Разработка технических и управленческих подсистем возложена на Министерство цифрового развития и транспорта.
- Приоритетом является безопасность, ключевой вопрос — ответственность при ДТП с автономным автомобилем.
- Автономное вождение будет внедряться поэтапно, сначала в специально отведенных зонах.
Day.Az -a açıqlamasında nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, hazırda bu məsələ ilə bağlı Milli Məclisdə ilkin addım atılıb və avtonom nəqliyyat anlayışının qanunvericiliyə daxil edilməsi birinci oxunuşdan keçib.
O, qeyd edib ki, əsas məqsəd bu sahəyə hüquqi çərçivə yaratmaqdır.
"Daha sonra bu istiqamətdə praktiki iş Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə olunur. Nazirlik avtonom nəqliyyat sistemlərinin texniki və idarəetmə alt sistemlərini hazırlamalıdır. Dünyada bu sahədə təcrübə var, amma bizdə əsas prioritet təhlükəsizlikdir. Ən vacib suallardan biri məsuliyyət məsələsidir: avtonom avtomobildə qəza və ya texniki problem baş verərsə, buna kim cavabdeh olacaq? Şirkət, operator, yoxsa başqa bir tərəf? Çünki bu sistemdə ənənəvi mənada sürücü yoxdur və qərarları əsasən texnologiya (sensorlar və proqram təminatı) verir", - ekspert deyib.
"Daha sonra bu istiqamətdə praktiki iş Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə olunur. Nazirlik avtonom nəqliyyat sistemlərinin texniki və idarəetmə alt sistemlərini hazırlamalıdır. Dünyada bu sahədə təcrübə var, amma bizdə əsas prioritet təhlükəsizlikdir.
Ən vacib suallardan biri məsuliyyət məsələsidir: avtonom avtomobildə qəza və ya texniki problem baş verərsə, buna kim cavabdeh olacaq? Şirkət, operator, yoxsa başqa bir tərəf? Çünki bu sistemdə ənənəvi mənada sürücü yoxdur və qərarları əsasən texnologiya (sensorlar və proqram təminatı) verir", - ekspert deyib.
R.Raufoğlu vurğulayıb ki, gələcəkdə bu sistemlər mərhələli şəkildə tətbiq olunacaq:
"Bəzi hallarda sürücü qismən idarəetmədə olacaq, bəzi hallarda isə tam sürücüsüz rejim tətbiq ediləcək. Lakin bu texnologiya dərhal bütün ərazilərdə işləməyəcək - əvvəlcə xüsusi seçilmiş və infrastruktur baxımından uyğunlaşdırılmış zonalarda istifadəyə veriləcək", - o yekunlaşdırıb.
Комментарии
Загрузка…
Оставить комментарий