Hadisə 23 iyun 2026-cı il tarixdə gecə saat 01 radələrində baş verib. İlkin məlumata görə, sürücü ehtiyatsızlıqdan yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Qafarov Rauf Arif oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən həmin gün Sabunçu Tibb Mərkəzində vəfat edib.