Portuqaliya - Özbəkistan matçında hesab dəyişib.

Day.Az İdman.Biz -ə istinadən bildirir ki, 17-ci dəqiqədə Nunu Mendeş Portuqaliyanın ikinci qoluna imza atıb.

Portuqaliya - Özbəkistan matçında hesab açılır.

Day.Az İdman.Biz -ə istinadən bildirir ki, 6-cı dəqiqəsində Kriştianu Ronaldu hesabı açıb. Bununla da Ronaldu 6 dünya çempionatında qol vuran ilk oyunçu kimi tarixə düşüb. Bu, həm də portuqaliyalı forvardın ümumilikdə vurduğu 974-cü qoldur.

Futbol üzrə dünya çempionatında K qrupunda ikinci tura start verilib.

Day.Az İdman.Biz -ə istinadən bildirir ki, turun açılış oyununda Portuqaliya və Özbəkistan üz-üzə gəlirlər.

Matç "NRG Stadium"da keçirilir. Baş hakim mərakeşli Cəlal Cayeddir.

İlk turdan sonra Portuqaliyanın 1 xalı var. Onlar Konqo Demokratik Respublikası ilə heç-heçə ediblər - 1:1. Özbəkistan isə birinci turda Kolumbiyaya 1:3 hesabı ilə məğlub olub.