Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Day.Az -a verilən məlumata görə, axtarışda olan ümumilikdə 149 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 111 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 16 fakt, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.