- Лица, совершившие некоторые экономические преступления, будут освобождаться от уголовной ответственности при уплате 50% причиненного ущерба в бюджет (ранее требовалась уплата 100%).
- Законопроект обсуждался на совместном заседании комитетов Милли Меджлиса по правовой политике и государственному строительству и по труду и социальной политике.
- Изменения вносятся в Уголовный кодекс Азербайджана.
- Ложное предпринимательство будет включать регистрацию в качестве физического лица без намерения вести деятельность с целью незаконного получения кредита, освобождения от пошлин или сокрытия запрещенной деятельности.
Day.Az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin videokonfrans formatında keçirilən bugünkü birgə iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, artıq iqtisadi fəaliyyət sahəsində olan bəzi cinayətləri (qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, rəqabəti məhdudlaşdırma və s.) törətmiş və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəmiş və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüş şəxslər bundan əlavə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) artıq 1 misli yox, 50 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad ediləcəklər.
Həmçinin layihəyə əsasən, qanunsuz olaraq kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan hüquqi şəxs yaratmadan fiziki şəxs kimi vergi uçotuna alınması, habelə qeyd edilən məqsədlə hüquqi şəxsin və ya vergi uçotuna alınmış fiziki şəxsin fəaliyyətinin faktiki idarə edilməsi də yalançı sahibkarlıq hesab ediləcək.
Комментарии
Загрузка…
Оставить комментарий